Anar Ağakişiyevə SƏRT CAVAB: "Sənin tanınmağın Aygün Kazımovaya görə olub" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Tarix Əliyev (Tolik) stilist Anar Ağakişiyevin Xalq artisti Aygün Kazımova haqqında dediyi təhqiramiz ifadələrə səssiz qalmayıb.
BAKU.WS xəbər verir ki, o, sosial şəbəkə hesabında Pop diva ilə Anarın illər əvvəl çəkilən fotosunu paylaşaraq onu məşhur edənin Aygün Kazımova olduğunu bildirib:
"Bu gün Anarın çıxışını izlədim. Onu 25 ildir tanıyıram və dostluğumuz şou-biznesə bağlı deyil. O zamanlar Anar da, mən də məşhur deyildik. Amma bu gün ikimiz də şou-biznesdə kifayət qədər söz sahibiyik. Anara bildirmək istəyirəm ki, Aygün Kazımova 30 ilin hər zaman tələb olunan, aktual və ilklərə imza atan müğənnisi olub. Sənin də tanınmağın Aygün Kazımovaya görə olub. Bu gün bəh-bəhlə şəkil çəkdirdiyin Bülənt Ərsoyu da ilk Azərbaycana gətirən Aygün Kazımova olub".
Məlumat üçün bidirək ki, ötən gün Anar Ağakişiyev Xalq artistinin ünvanına təhqir dolu sözlər yazıb. O, Aygün Kazımovanın qoca transa bənzədiyini vurğulayıb.
Oxşar xəbərlər
Baş redaktorlardan Çingiz Abdullayevin təhqirinə cavab: “Xalqın pulu bu yaşlı ziyalıları nə qədər harınladıb?”
Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin üç ildir təxirə salınan XIII Qurultayı baş tutdu. Toplantı əksəriyyəti...