AMEA-nın əməkdaşlarının ixtisarı və bir neçə institutun ləğv edilməsi təklif olunur
Yeniliklərdən dərhal xəbərdar olun
AMEA-nın əməkdaşlarının ixtisarı, həmçinin bir neçə institutun ləğv edilməsi təklif olunub.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Belə bir təşəbbüslə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev çıxış edib.
O bildirib ki, AMEA-nın strukturuna bir daha baxılmalı, profilcə yaxın olan bir neçə institut bazasında oxşar məqsədi və proqramı olan elmi mərkəzlərin yaradılması, lüzumsuz qurumların birləşdirilməsi və ya ixtisar edilməsi, yeni elmi-innovasion strukturların yaradılması nəzərdən keçirilməlidir.
D.Tağıyev əlavə edib ki, dünya praktikasında əməkdaşlarının sayı çox olmayan, lakin konkret məqsədi olan elmi-tədqiqat institutları üstünlük təşkil edir:
“Bu baxımdan institutların birləşdirilmə yolu ilə daha da iriləşdirilməsi əvəzinə, əməkdaşlarının sayı çox olan institutlarda bilavasitə elmi araşdırmalarla məşğul olmayan işçilərin sayını minimuma endirmək, bunun hesabına məhsuldar işləyən tədqiqatçıların maddi durumunu yaxşılaşdırmaq daha məqsədəuyğun olardı”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...