AMEA-da nə yenilikləri olacaq? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"AMEA-nın tərkibində olan institutlar Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyindən onların idarəolunması nazirliyinin üzərinə düşür. Lakin onlara elmi-metodiki köməyi göstərmək AMEA-nın fəaliyyətləri sırasındadır".
BAKU.WS xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, buraya xüsusən elmi prioritetlərin müəyyən edilməsi məsələsi aiddir. AMEA bundan sonrakı fəaliyyətində elmi ekspedisiya məsələlərini yerinə yetirmək səlahiyyətlərini özündə saxlayır:
"Elmin qiymətləndirilməsi Akademiyanın funksiyalarından biridir. Prezidentin müvafiq fərmanı Elm və təhsilin müasir tələblərə uyğun inkişafına zəmin yaradır. İndiyədək AMEA-nın tərkibində fəaliyyət göstərmiş bir sıra elmi-tədqiqat müəsisələri bundan sonra Elm və Təhsil Nazirliyinin nəznində işlərinə davam edəcəklər. Dünyada belə təcrübəyə çox sıx rastlanır. Hazırda az sayda ölkələrdə təhsil nazirliyi ayrıca fəaliyyət göstərir. İş prinsipi yaxın olan qurumların vahid mərkəzdə birləşdirilməsi 21-ci əsrin reallığıdır".
Vitse-prezident Elm və Təhsil Nazirliyinin yaranmasını ölkəmizdə elmin qarşılıqlı inkişafına müsbət hal kimi qiymətləndirir. O, bildirir ki, müstəqil Azərbaycan dövlətinin indiki inkişaf səviyyəsi Nobel mükafatına layiq olacaq səviyyədədir:
"AMEA-nın prezident seçkilərinə gəldikdə isə, bu barədə heç bir qərar verilməyib. Akademiyaya daxil olan institutlar AMEA-nın müvafiq qurumları tərəfindən idarə ediləcək".
Yeniliklərin hansı nəticəni verəcəyi məsələsinə gəldikdə isə, İ.Həbibbəyli hesab edir ki, bu məsələ gələcəkdə məlum olacaq.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...