Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib - VİDEO
10
sen
2019
12:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib.BAKU.WS xəbər verir ki, qanvermə aksiyasında iştirak edən Allahşükür Paşazadə jurnalistlərə Aşura günü barədə danışıb.O, bildirib ki, Azərbaycanda Aşura günü ənənəsi hələ də yaşadılır.“Bu gün zəncirvurma, başyarma, qançıxarma halları bəyənilmir. Buna görə də qərara gəlindi ki, qanvermə aksiyası təşkil olunsun. Öz qanımızı verməklə xəstə insanlara kömək edirik.Bu, şəriətin və dinin istəyidir. Sevindirici haldır ki, Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu ənənə vüsət alıb. Hesab edirəm ki, bu savab işdir.Vətən uğrunda həlak olan bütün şəhidlərimizə də başsağlığı verirəm".
Qalereya
Oxşar xəbərlər
Mübariz Qurbanlı: “Məhərrəmlik mərasimlərində qanun pozuntusu aşkar etməmişik"
“Aşura günü ilə bağlı keçirilən mərasimlərdə bəzən qan çıxarma, baş yarma, zəncir vurma kimi xurafat əlamətləri olan hərəkətlərə yol verilirdi. Bu hərəkətlər di...