Alina Xələfova: "Miniboss Biznes Məktəbi" çox sayda şagirdə həm nəzəri, həm də praktiki biliklər verir"

Alina Xələfova: Miniboss Biznes Məktəbi çox sayda şagirdə həm nəzəri, həm də praktiki biliklər verir
Sosial 14

"Miniboss Biznes Məktəbi" Azərbaycanda çox sayda şagirdə həm nəzəri, həm də praktiki biliklər verən yeganə və ilk məktəbdir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu məktəbin direktoru Alina Xələfova Bakıda keçirilən 6-cı Startap Forumunda bildirib.

Onun sözlərinə görə, bu gün 10 aylıq akademik ilin ən vacib günlərindən biridir: "Məhz bu gün şagirdlərimiz öz ideyalarını real səhnədə, canlı auditoriya qarşısında təqdim edirlər. Bu heç də asan deyil - hətta bir çox böyüklər belə bu cür platformalarda çıxış etmək imkanı əldə etmir. Lakin bizim şagirdlər bu imkana artıq uşaqlıqdan sahib olurlar".

A.Xələfova vurğulayıb ki, "Miniboss Biznes Məktəbi" şagirdlər üçün geniş imkanlar yaradır: "Tədris ili başlayandan bəri bizim şagirdlərimiz müxtəlif biznes turlarda, master-klasslarda iştirak ediblər. İlboyu bizim tələbələr böyük həvəslə praktiki dərslərdə iştirak etməklə ideyalar ərsəyə gətiriblər. Bu gün həmin ideyalarla tanış olmaq imkanı əldə edəcəyik. Qeyd edim ki, bu səhnədə 20 komanda bu gün iki kateqoriya üzrə çıxış edəcək. Bundan sonra həmin komandalar iyunun 13-də eyni şəkildə bu səhnədə artıq hazır məhsulla Milli Çempionata gələcəklər. Daha sonra onu qeyd edim ki, iyul ayının 9-dan 12-nə kimi İsveçrənin Davos şəhərində bizim komandalar dünya arenasında Azərbaycanı təmsil edəcəklər".

Son xəbərlər