Alimlərdən inqilabi kəşf: Koronavirusn bütün ştammlarını məhv etməyin yolu tapıldı

Alimlərdən inqilabi kəşf: Koronavirusn bütün ştammlarını məhv etməyin yolu tapıldı
Sosial 3089

Bir qrup çinli alim SARS-CoV-2 koronavirusunun bütün ştammlarını neytrallaşdırmağa qadir olan 35B5 monoklonal anticisiminin kəşfi ilə bağlı məlumat verib.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, anticism “omikron” ştammına qarşı da effektivdir.

Anticism koronavirusu ağır keçirən insanların qan nümunələrinin genişmiqyaslı tədqiqi zamanı aşkar edilib.

Alimlər müəyyən ediblər ki, 35B5 anticismi koronavirusun mutasiyalar zamanı demək olar ki, dəyişməyən S-zülalına yapışır. Onun strukturu COVID-in bütün növlərinə eyni dərəcədə təsir göstərməyə imkan verir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər