Ali məktəblərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 9-da bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əlavə yerləşdirmə ilə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, elektron sistem üzrə qeydiyyat 16 sentyabr saat 18:00-da başa çatacaq.
Abituriyentlər https://portal.edu.az/ sistemi vasitəsilə "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.
Qeyd edək ki, müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Oxşar xəbərlər
Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz"
Sosial şəbəkələrdə "Kampus" özəl tələbə yataqxanasına daxil olan naməlum kişinin bir neçə qızın otağının qapısını döyərək onları narahat etdiyi iddia olunur. Ha...