Ali məktəblərə qəbul olunanların qeydiyyatının başlanacağı vaxt açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 28-i saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.
Bu barədə BAKU.WS-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, abituriyentlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq.
Nazirlikdən bildirilib ki, müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Oxşar xəbərlər
Azərbaycanda universitetlərə bərpa olunma qaydaları dəyişdi
Azərbaycanda ali təhsil müəssisəsinə bərpa olunma qaydaları dəyişib. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası...