Ali məktəblərə qəbul imtahanları onlayn keçiriləcək? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Xüsusi karantin rejiminin müddəti uzanarsa, ali məktəblərə qəbul imtahanları onlayn keçirilməyəcək.
BAKU.WS xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi onlayn mətbuat konfransında bildirib ki, 100 min insan üçün onlayn imtahanın keçirilməsi qeyri-mümkündür:
“Texniki şərait baxımından, hər bir şəxsin bu prosesdə iştirakı üçün müəyyən bilik və İT texnologiyası ilə bağlı vərdişi olmalıdır ki, həmin şəxsin imtahan nəticələrinə mənfi təsir etməsin. Bütün şəxslər fasiləsiz internetə qoşulmalıdır, bu səbəbdən bu cür onlayn kütləvi imtahanları etmək mümkün deyil. Müxtəlif imtahanları onlayn etmişik, edəcəyik də. Bu 100 nəfərlik bir imtahan deyil ki, əvvəldən hazırlaşsınlar. Hazırda yazı işlərinin yoxlanılması üçün ekspertlər də onlayn çalışır. Bu cür imtahanı bütün ölkədə keçirmək üçün gərək əvvəldən dəfələrlə sınaq imtahanı edək. Onlayn imtahana maksimum 10 min adam qoşula bilər, amma 20 min nəfərin qoşulması üçün müəyyən problemlər ola bilər”.
Oxşar xəbərlər
DİM: Attestasiya imtahanlarının nəticələri yaxın 3 həftə ərzində elan ediləcək
10 və 11 iyun 2020-ci il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında...