Ali Məhkəmə teleməkanda şəxsi həyata müdaxilə ilə bağlı qərarlar qəbul etməyə hazırlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Ali Məhkəmə teleməkanda şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması ilə bağlı qərarlar qəbul edə bilər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin Kollegiyasının sədri Sənan Hacıyev mayın 2-də Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda keçirilən ikinci forumda deyib.
Onun sözlərinə görə, media məkanında şəxslərin şərəf və ləyaqətinin müdafiəsi məsələlərinə müəyyən qədər diqqət ayrılsa da, təəssüf ki, vətəndaşların şəxsi həyatının toxunulmazlığı, şəxsi və ailə sirri kimi konstitusion hüquqlarının qorunması ilə bağlı vəziyyət heç də ürəkaçan deyil:
"Xüsusilə televiziya verilişlərində bu hüquqlara qanunazid müdaxilə adət halı alıb. Bütün bunlar nəzərə alınaraq bu istiqamətdə müvafiq hüquqi tənzimləmənin həyata keçirilməsi məqsədilə yaxın vaxtlarda Ali Məhkəmə tərəfindən mühüm qərarların qəbulu nəzərdə tutulub".
Oxşar xəbərlər
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir?
Bakıda M6 avtobusunu gözləyən sərnişinlər çətinlik çəkir: Dayanacaqda M4-lər yığılır Bakıda "Koroğlu" metrostansiyasından "Elmlər Akademiyası" metrostansiyası i...