"Alatava" restoranında ciddi nöqsanlar aşkarlandı

Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev 1054 ünvanında yerləşən, fiziki şəxs Əbiyev Roman Səfər oğluna məxsus "Alatava" restoranında Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı obyektdə yararlılıq müddəti bitmiş "Bekon" əmtəə nişanlı ət məhsullarının istehlaka təqdim olunduğu, həmçinin istehlaka yararsız çörək, müvafiq müşayiətedici sənədləri olmayan süd məhsulları və bildirçin ətləri aşkar edilib.
"Yoxlama aparılarkən restoranda qida məhsullarının saxlanılması zamanı temperatur rejiminə əməl olunmadığı, temperaturun monitorinqinin aparılmadığı müəyyən olunub. Eyni zamanda müəssisədə mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsulların dövriyyədən çıxarılmasına dair məhdudlaşdırıcı qərar qəbul edilib və nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib",- məlumatda qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
İftar vaxtı – 19 mart 2025: Ramazanın 19-cu günü
Ramazanın on doqquzuncu günü – 19 mart 2025-ci il üçün Azərbaycanda oruc vaxtları: ✅ İmsak vaxtı (orucun başlanğıcı): 05:20✅ İftar vaxtı (orucun bitməsi): 19:...
