"Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası"nın zərəri kəskin artıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası" ASC 2025-ci ili 2,114 min manat zərərlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2024-cü ildən 874 min manat xalis zərərlə çıxmışdı.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu il yanvarın 1-nə "Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası"nın aktivləri 474,494 milyon manat olub ki, bu da, illik müqayisədə 2,65 % azdır.
Hesabat dövründə şirkətin öhdəlikləri 1,58 % azalaraq 297,005 milyon manata, balans kapitalı isə 0,4 % azalaraq 177,489 milyon manata düşüb.
Xatırladaq ki, "Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 90,331 milyon manatdır.
Oxşar xəbərlər
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB
Paytaxtda Ağ Şəhər ərazisində mövcud olan və avtomobillərin üzərindən keçərkən atılıb-düşməsinə səbəb olan tramplin müzakirələrə səbəb olub. BAKU.WS xəbər veri...