Akif Nağı: Azərbaycan bayrağı "can dəsmalı"nda
07
apr
2018
11:52
Paytaxt Bakıda turistlərə satılan süvenirdə əksini tapan Azərbaycan xəritəsində Qarabağ ərazisi təsvir edilməyib.Bu barədə tanınmış jurnalist Sənan Nəcəfov məlumat yayıb. Fotonu paylaşan S.Nəcəfov bunu xəyanət adlandırıb.Mövzu ilə bağlı BAKU.WS Qarabağ Azadlıq Təşkilatının Sədri Akif Nağının fikirlərini öyrənib.Akif Nağı aşıqlaması zamanı bildirib ki:“Bunların hamısı özbaşınalıqdı, pozğunluqdu, təxribatdı, nəzarətsizlikdi kim harda istəyir mətbəə açır. Nə istəyir çap edir. Bu məncə böyük bir təxribatdır. Ermənilər kimlərinsə əli ilə Azərbaycanda belə təxribatlar törədir. Və sonunda belə bir xəritənin ortaya çıxmasına nail olublar. Dövlət qurumları buna ciddi nəzarət etməlidirlər. Dövlət Standartlaşdırma İdarəsi, Mədəniyyət və Turizm nazirliyi nəzarət etməlidir.Birdə baxırsan ki hansısa kitabda Ermənistanın bayrağın verirlər, araq buraxırlar üstündə “Karabağ” yazısı belə şeylər təxribatdır. Dəniz kənarında Azərbaycanın bayrağı “can dəsmalı” vəziyyətində satılırdı zorla yığışdırdıq".Nihat HÜSEYNZADƏBAKU.WS
Oxşar xəbərlər
Bayraq Meydanı 9 noyabrda bayraqsız qalacaq
"Bayraq Meydanındakı bayrağın 9 noyabrda asılması nəzərdə tutulmayıb".BAKU.WS-in məlumatına görə, bu sözləri Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəs...