Tağı Əhmədov: "Məcnun nə istəyir hamı bilir, mən də verdiyim pulu istəyirəm"

Tağı Əhmədov: Məcnun nə istəyir hamı bilir, mən də verdiyim pulu istəyirəm
Hadisə 4702

Prosesdə T. Əhmədov dindirilib. İclasdan sonra T. Əhmədov jurnalistlərə açıqlama verməyib və sualları cavablandırmayıb. O, "sağ olun" deməklə kifayətlənib.

Zərərçəkmiş şəxslər isə bildiriblər ki, Akif Çovdarov iclasda geniş ifadə verib. Vəkillər ondan hansısa tələblərinin olub-olmamasını soruşublar. O, dəymiş ziyanın ödənilməsini istəyib: "Leyli Məcnunu hamı oxuyub. Orada Məcnun nə istəyir hamı bilir. Mən də verdiyim pulu Akif Çovdarovdan istəyirəm. Mən Eldar Mahmudovun köməkçisi ilə danışırdım. O, bildirdi ki, mənə nəzarəti Akif Çovdarova tapşırıblar. Bundan sonra Akif Çovdarov məndən bahalı maşınlar almağımı istədi ". 

T. Əhmədov ona 3 milyon manat ziyan dəydiyini, həmin məbləğin ödənilməsini istəyib. (APA)

BAKU.WS

Son xəbərlər