Baş nazirin müavinindən sərt AÇIQLAMA - Lütfi Zadəni təhqir edən məmur cəzalanacaq

Baş nazirin müavinindən sərt AÇIQLAMA - Lütfi Zadəni təhqir edən məmur cəzalanacaq
Hadisə 3577
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə bağlı səsləndirdiyi fikirlər ölkədə böyük səs-küyə səbəb olub.BAKU.WS xəbər verir ki, məsələnin ciddiliyini və böyük səs-küy yaratdığını nəzərə alaraq, bizimyol.info saytı baş nazirin müavini Abid Şərifovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında məsələdən xəbərdar olduğunu, Akif Əlinin böyük yanlışlığa yol verdiyini bildirib.”Lütfi Zadə dünyada sayılıb-seçilən bir alimdir. Onun haqda açıqlama verəndə, fikirləşərəm ki, mən necə danışmalıyam. Akif Əli, sən kimsən ki, dünya səviyyəli bir alim haqda belə alçaldıcı açıqlama verəsən?! Sənin buna mənəvi haqqın varmı?! Düzünü deyim ki, mənə bunu deyəndə, inanmadım. Dövlət başçısı, birinci vitse-prezident bu böyük alimin vəfat etməsi haqda nekroloq imzalayıb, başsalığı verib. Akif Əlinin bu açıqlamasını pisləyirəm. Çox biabırçı açıqlamadır”.Baş nazirin müavini mətbuat katibinin cəzalandırılması və ya işdən çıxarılması haqda da danışıb: “Üzr istəmək günahdan azad olmaq demək deyil. Akif Əli ilə mən özüm də danışacam. Onun cəzalanması və ya işdən çıxarılması səlahiyyəti isə baş nazirə aiddir. Bu barədə danışdıqdan sonra qərar veriləcək. Belə açıqlama cəzasız qalmaz. Mən özüm bu danışıqdan heyrətə gəlmişəm. Lütfi Zadə ilə nəinki məmurlar, jurnalistlər, bütün Azərbaycan xalqı fəxr edir”.BAKU.WS

Oxşar xəbərlər

Akif Əli üzr istədi

Akif Əli üzr istədi

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə bağlı səsləndirdiyi fikirlərə görə üzr istəyib.BAKU.WS-...

1794 Siyasət 13:59 08 sentyabr 2017

Son xəbərlər