Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb
 
                            
Oktyabrın 31-də doğma yurduna yola salınan köç karvanı Xıdırlı kəndinə çatıb.
BAKU.WS trend-a istinadən xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə 124 nəfərdən ibarət 24 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
*** 09:05
İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı yola salınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndində məskunlaşacaq keçmiş məcburi köçkünlər - 24 ailə (124 nəfər) paytaxtdan yola düşüblər.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qalereya
Oxşar xəbərlər
"Elmlər Akademiyası" metrostansiyası ilə Bayıl parkı istiqamətində hərəkət edən avtobuslar yenilənir
"Elmlər Akademiyası" metrostansiyasını Bayıl parkı ilə əlaqələndirən 53 nömrəli şəhərdaxili marşrut üzrə 2025-ci il istehsalı olan, ekoloji cəhətdən təmiz CNG t...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
  
  
  
  
  
  
  
  
                             
                     
                     
                     
                    