Ağdamda iki kənd üçün nəhəng layihə - 19 milyon manat ayrıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdam rayonunun Qərvənd və Eyvazxanbəyli kəndlərində su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq.
BAKU.WS-in məlumatına görə, inşa işlərini Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti həyata keçirəcək.
Layihənin ehtimal olunan dəyəri 19 milyon 149 min manat təşkil edir.
Qeyd edək ki, layihə Ağdam rayonunun kəndlərində xarici su təchizatı və kanalizasiya sistemlərinin qurulması proqramı çərçivəsində baş tutacaq.
Layihə çərçivəsində su təmizləyici qurğular kompleksinin tikintisi, ərazidə torpaq və planlaşdırma işlərinin aparılması, yolların və səkilərin salınması, asfalt və çınqıl örtüklərinin çəkilməsi nəzərdə tutulur. Həmçinin kompleks ətrafında abadlıq işləri görüləcək.
Oxşar xəbərlər
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Noyabr 2-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti mə...