Ağdamda Baharlı 1 qəsəbə məktəbinin açılışı olub
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 7-də Ağdam rayonu Baharlı – 1 qəsəbə tam orta məktəb üçün yeni inşa olunan tədris binasının açılış mərasimi keçirilib.
Bu barədə BAKU.WS-ə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, açılış mərasimində Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov iştirak ediblər.
Məlumat verilib ki, 432 şagird yerlik məktəbdə 16 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, texnologiya otaqları, hərbi hazırlıq, informatika kabinetləri, idman və akt zalları, kitabxana, yeməkxana, STEAM və inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təchiz edilib.
Açılış mərasimində tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti Binəqədidə yeni inşa olunan məktəbin açılışında iştirak edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Elm və təh...