Afaq Bəşirqızı: "250 manatla aktyorun dolanışığı yoxdur"

Afaq Bəşirqızı: 250 manatla aktyorun dolanışığı yoxdur
Video
Sosial 128

"250 manatla aktyorun dolanışığı yoxdur".

BAKU.WS xəbər verir ki, bu sözləri "Pərvizə görə" verilişinə qonaq olan Xalq artisti Afaq Bəşirqızı deyib.

Aktrisa bildirib ki, teatr və aktyorların problemi müəyyən qədər həll olub:

"Mən Prezidentə müraciət edəndə 250 manat maaş alırdım. Sonra qulağıma çatdı ki, deyirlər, Afaq bunu özünə görə etdi. Aparıcı aktrisaydım, səhnə ustasıydım, tanınmış adam idim, 250 manat maaş idi. Çünki 3-cü kateqoriya teatr idi. Teatrlar da var ki, cənab Prezident əmr verdi, çox sağ olsun. Maaşlar 50 faiz artdı, Akademik olanlarda isə 150 faiz artdı. 120 manatı 130 manatın üstünə gəl 250 manat olur".

Ətraflı videoda:

Son xəbərlər