ADY: "Sumqayıt-Bakı qatarının havalandırma sistemində fasilələr baş verib"

06
okt
2022
12:34
Bu gün səhər saat 08:15 radələrində Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən 6008 nömrəli elektrik qatarının havalandırma sistemində fasilələr baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
“Bu hadisə və sərnişin sıxlığını aradan qaldırmaqla bağlı atılacaq addımlara dair yaxın saatlarda yeni açıqlama olacaq", - deyə qurum bəyan edib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
