ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə 1 000-dən çox bilet satılıb
Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.
Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb.
Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib.
Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda bilet satışı sistemində və kassalarda müəyyən ləngimələr müşahidə olunur.
Yaranmış müvəqqəti çətinliyə görə üzr istəyir və sərnişinlərimizdən anlayışla qarşılamalarını xahiş edirik.
Xatırladaq ki, bu marşrut üzrə qatarlar Bakıdan 25 may, Tbilisidən isə 26 may tarixində hərəkətə başlayacaq.
Oxşar xəbərlər
Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Mayın 22-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya...