ADY: Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi sürətlə davam edir

ADY: Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi sürətlə davam edir
Video
Sosial 28

Azərbaycan Dəmir Yolları Qarabağın yeni nəqliyyat marşrutlarından biri olacaq Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi üzrə işləri davam etdirir.

Bu barədə BAKU.WS-ə ADY-dən məlumat verilib.

Məlumata görə, hazırda layihələndirmə işlərinin 90, tikinti-quraşdırma işlərinin isə 44 faizə yaxını başa çatıb.

Ümumi uzunluğu 30,8 kilometr olan dəmir yolu xətti boyunca 6 körpü, 5 avtomobil alt keçidi, 2 piyada keçidi və 47 ehtiyat keçid də daxil olmaqla, ümumilikdə 130 mühəndis qurğusunun inşası nəzərdə tutulur.

Ağdam–Xankəndi dəmir yolu xətti üzrə inşa olunacaq Əsgəran və Xocalı stansiyalarının konsept layihələri artıq tamamlanıb. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin isə tikinti işləri sürətlə davam etdirilir.

Ağdam–Xankəndi dəmir yolunun istifadəyə verilməsi Qarabağda nəqliyyat əlçatanlığının artırılmasına, bölgənin sosial-iqtisadi inkişafına, eləcə də Bakıdan Xankəndiyə "Böyük Qayıdış" prosesinin sürətlənməsinə mühüm töhfə verəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər