Acınacaqlı şəraitdə yaşayan ana və oğul niyə yardımlardan imtina edirlər?
Bir müddət əvvəl Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında Kəngərli rayonunun Şahtaxtı kəndində acınacaqlı vəziyyətdə yaşayan ana və oğul barədə süjet yayımlanıb.
Material yayımlandıqdan sonra müvafiq qurumların əməkdaşları, eləcə də muxtar respublika sakinləri ailəyə yardım göstərməyə başlayıblar.
Sosial Xidmətlər Agentliyinin Kəngərli rayon sektorunun müdiri Məhərrəm Hacıyev bildirib ki, ana və oğuldan ibarət ailənin özlərinə aid fərdi yaşayış evi olsa da, onlar həyətdə yerləşən yararsız yarımçıq tikilidə məskunlaşıblar. Onun sözlərinə görə, bu müddət ərzində sosial xidmət tədbirləri ilə bağlı ailə tərəfindən hər hansı müraciət qeydə alınmayıb.
M.Hacıyev qeyd edib ki, ailənin çətin şəraitdə yaşadığı nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən onlara evdə səyyar sosial xidmətin göstərilməsi, eləcə də stasionar sosial xidmətə cəlb olunmaları ilə bağlı təklif irəli sürülüb. Lakin ailə bu təklifi qəbul etməyib.
"Onlar hazırkı ünvanlarında birgə yaşamaq istədiklərini və heç bir sosial dəstək tədbirinə ehtiyac duymadıqlarını bildiriblər", - deyə sektor müdiri əlavə edib.
Oxşar xəbərlər
Artan boşanmaların səbəbi: "Hər dəqiqə telefonu mənə göstərməlisən"
Son illər boşanma statistikasında artım müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, ailələrin dağılmasına səbəb yalnız maddi problemlər və ya xəyanət deyil....