Abşeronda Xocalı şəhidi Usubəli Qarayevlə vida mərasimi keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qalıqları Xocalı rayonunun Dəhraz kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Usubəli Süleyman oğlu Qarayevin nəşi Abşeron rayonuna gətirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi “Ceyranbatan bağları” yaşayış massivində ailəsinə təhvil verilib.
Qəsəbədə şəhidlə vida mərasimi keçirilib.
Qeyd edək ki, Usubəli Süleyman oğlu Qarayev 1961-ci il iyunun 1-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalının Dəhraz kəndində itkin düşüb.
U.Qarayev iyulun 11-də Xocalı şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.
Qalereya
Oxşar xəbərlər
31 ildən sonra meyitinin qalıqları Şuşada tapılan şəhid Şamaxıda dəfn edilib - FOTO - YENİLƏNİB
Birinci Qarabağ müharibəsi zamanı Şuşa rayonunun Dağaltı kəndi ərazisində itkin düşən və 31 ildən sonra meyitinin qalıqları Şuşa rayonunun Daşaltı kəndində tapı...