Abşeronda şagirdlərə narkotik maddə paylanıb? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeronda şirniyyat adı ilə şagirdlərə xüsusi qablarda maddələr verilib. Hadisə rayonun Masazır qəsəbəsi, Cantəpə adlanan ərazisində baş verib.
Qeyd edək ki, ərazidə Kəlbəcər rayon 56 nömrəli tam orta məktəb var. İddia olunur ki, naməlum şəxs və ya şəxslər şagirdlərin yolunun üstünü məhz bu səbəbdən seçiblər.
56 nömrəli məktəbin direktor müavini Nizami Əsgərov məsələdən xəbər tutan kimi hüquq-mühafizə orqanlarına məlumat verdiyini deyir.
Məsələni Daxili İşlər Nazirliyi nəzarətə götürüb. Nazirlikdən bildirilib ki, şagirdlərə şirniyyat adı altında xüsusi maddə payladığı iddia olunan şəxs artıq Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Həmin qabda olan maddənin nə olduğunu araşdırmaq üçün ekspertiza təyin olunub. Cavab çıxandan sonra məsələyə hüquqi qiymət veriləcək.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...