Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, qanuna əsasən, Abşeron rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilib:
- Rayonun ərazisində yeni salınmış yaşayış məntəqəsi Şəfəq adlandırılır.
- Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilsin və həmin qəsəbə Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir.
- Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılır və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...