ABŞ-də çalışmış azərbaycanlı nüvə alimi - Abbas Çayxorskiy kim idi? - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanı dünyada təmsil etmiş bir çox məşhur soydaşlarımız var. Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəaliyyət göstərmiş Çayxorskiy Abbas Abbas Əli oğlu bunlardan biridir. Bu gün Azərbaycanın nüvə alimi, AMEA-nın fəxri doktoru Abbas Çayxorskiyi sizə yaxından tanıtdırmaq istəyirik.
BAKU.WS-in məlumatına görə, o, 1917-ci il yanvarın 21-də İrəvan quberniyasının Novobayazet qəzasının Çaxırlı kəndində dünyaya gəlib.
O, 1939-cu ildə Bakıda orta məktəbi və torpaq mühəndisliyi texnikumunu bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1941-ci ildə isə "Qızıl Ordu" sıralarına çağırıldığı üçün üçüncü kursdan etibarən təhsilini yarımçıq qoyaraq cəbhəyə göndərilib.
Ardınca isə, A.Çayxorskiy Bakı zenit-artilleriya məktəbinə oxumağa göndərilib. Təlimdən sonra yenidən cəbhəyə qayıdan gənc, 3-cü dərəcəli "Şöhrət", "Vətən Müharibəsi" (1-ci dərəcəli), "Qırmızı Ulduz" ordenləri və s. ordenləri ilə təltif edilib.
O, 1945-ci ildə əlilliyi səbəbi ilə ordudan kənarlaşaraq ADU-nun Kimya fakültəsində təhsilini davam etdirib. Qısa müddət ərzində əlaçı tələbə kimi "SSRİ Xalq Komissarları Sovetin"in qərarı ilə Leninqrad Universitetinin kimya fakültəsinin dördüncü kursuna, yeni açılmış radiokimya fakültəsinə köçürülüb.
1947-ci ildə A.Çayxorskiy kiçik elmi işçi kimi Çelyabinsk Atom Mərkəzində fəaliyyətə başlayıb. Bir il sonra atom layihəsinin rəhbəri akademik İ.V.Kurçatov onu böyük elmi işçi vəzifəsinə keçirib. 1969-cu ildən ona SSRİ Atom Enerjisindən Dinc Məqsədlərlə İstifadə üzrə Dövlət Komitəsinin elmi direktoru vəzifəsi həvalə olunub. A.Çayxorskiy 12 il bu vəzifədə çalışıb. 1969-cu ildə isə o, elementlərin yeni dövri cədvəli üzərində işləməyə başlayıb. İki ildən sonra Çayxorskiy cədvəli SSRİ Təhsil Nazirliyinin qərarı ilə Mendeleyev cədvəlinə əlavə olaraq ölkə ali məktəblərinin müəllimlərinin ixtisasartırma fakültələrinin kursuna daxil edilib.
Abbas Çayxorskiy 1990-cı illərin əvvəllərində ABŞ-yə mühacirət edib.
Soyadının mənşəyi haqqında:
Çayxorskiy müsahibəsində soyadının mənşəyi ilə bağlı suala belə cavab verib:
“Çar dövründə bir çox azərbaycanlılar soyadlarını doğulduğu yerə görə yazırmışlar. Bilirsiniz, "Şıxlı", "Şəki", "Kəngərli" kimi soyadlar da məhz Şıxlı, Şəki, Kəngərli ərazilərindən götürülənlərdir. Bizim bəxtimiz gətirmədi - dediyim kimi, Çaxırlı kəndindən gəlirik. Atam hesab edirdi ki, müsəlmana “şərab” soyadını daşımaq yaraşmaz. Bu səbəbdən də soyadım "çayxor" - çay sözündən gəldi. Çayxorskilər soyadı belə ortaya çıxıb".
Qalereya
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...