ABŞ COVID-19-la mübarizə üçün Azərbaycana 1 milyon dollar ayırıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ hökuməti COVID-19-la mübarizə üçün Azərbaycana daha 1 milyon dollar ayırıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger Ümumdünya Səhiyyə Təşkilatının "PROACT-Care” layihəsi çərçivəsində Şamaxı rayonunda TƏBİB-ə 3 mobil klinikanın təhvil verilməsi mərasimində deyib.
Səfirin sözlərinə görə, bu vəsait Azərbaycana ÜST və “Qırmızı Xaç Cəmiyyəti” vasitəsilə təqdim ediləcək.
Ümumilikdə, koronavirus pandemiyasının iqtisadi fəsadlarının aradan qaldırılması məqsədilə ABŞ Azərbaycana 6,6 milyon dollar ayırıb.
“COVID-ə qalib gəlmək üçün biz birlikdə hərəkət etməliyik”, - ABŞ səfiri bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında çıxış edib
Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilib. BAKU.WS xəbər verir ki,...