"Abşeron" Ticarət Mərkəzinin ərazisində avtovağzal kompleksi təşkil edilib
Bölgələrə sərnişindaşımanı təmin edən yeni nəqliyyat məkanı istifadəyə veriləcək.
Martın 4-dən "Azerbaijan Ground Service" MMC tərəfindən "Abşeron" Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkil ediləcək. Məqsəd ticarət mərkəzi və ətraf ərazilərdə sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsidir. İstifadəyə veriləcək məkandan sərnişinlərin əsasən Cənub və Qərb bölgələrinə səfərləri təmin ediləcək.
Səfəröncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq.
Vətəndaşlar biletləri "biletim.az" portalı üzərindən onlayn qaydada və kassalardan əldə edə bilərlər.
İnformasiya panelləri və təhlükəsizlik sistemləri ilə təchiz edilən ərazidə sərnişinlər üçün rahat gözləmə zalları, dayanacaqlar və iaşə obyektləri yaradılıb. Yeni xidmətin təşkili sərnişin məmnunluğunun daha da artırılmasına xidmət edəcək.
Abşeron Ticarət Mərkəzi. Evin üçün hər şey!
Ünvan: Lökbatan dairəsinin yanı
Tel.:*6767
Oxşar xəbərlər
Novruz alış-verişi üçün yarmarka, yoxsa bazar sərfəlidir?
Novruz bayramına sayılı günlər qaldıqca, şəhərin müxtəlif yerlərində təşkil olunan bayram yarmarkaları və bazarlara maraq artır. Sakinlər Novruz süfrəsi üçün la...