AAYDA: Muğanlı-İsmayıllı yolunun mühafizə zolağında sürüşmə olub
Yeniliklərdən dərhal xəbərdar olun
Muğanlı-İsmayıllı avtomobil yolunda sürüşmə hadisəsi yolun hərəkət hissəsində deyil, mühafizə (təhlükəsizlik) zolağı hüdudlarında qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə apa-ya cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Aparılmış ilkin vizual və texniki baxış zamanı müəyyən edilib ki, hadisə yolun əsas konstruktiv elementlərinə və örtük qatına təsir göstərməyib, yolun daşıyıcı qabiliyyətində və istismar göstəricilərində hər hansı mənfi dəyişiklik qeydə alınmayıb.
Qeyd edilib ki, mövcud vəziyyətlə bağlı aidiyyəti üzrə operativ qaydada müvafiq tapşırıqlar verilib, sürüşmənin səbəblərinin aradan qaldırılması və potensial risklərin minimuma endirilməsi istiqamətində zəruri mühəndis-texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılır: "Qısa müddət ərzində ərazidə bərpa və möhkəmləndirmə işlərinin tamamlanması təmin ediləcək".
Qeyd edək ki, sosial şəbəkələrdə Muğanlı-İsmayıllı avtomobil yolunda sürüşmə ilə bağlı görüntülər yayılıb.
Oxşar xəbərlər
Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar təsdiqləndi: Valideynlər nələri bilməlidir?
Nazirlər Kabinetinin qərarı ilə "Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisa...