AAYDA: Gecə və səhər yollar qardan və buzdan təmizlənib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar avtomobil yollarında hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirlər həyata keşirib.
Bu barədə agentlikdən məlumat verilib.
Dağlıq və dağətəyi ərazilərdən keçən respublika və yerli əhəmiyyətli avtomobil yollarında yolun hərəkət hissəsindən qarın təmizlənməsi və buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər fasiləsiz şəkildə gecə boyu və səhər saatlarında həyata keçirilib.
Qarın intensiv yağdığı, eləcə də buzlaşmanın yarandığı ərazilərə xüsusi texnikalar - qar təmizləyən maşınlar, duz-qum səpən avadanlıqlar, eləcə də kifayət qədər canlı qüvvə cəlb olunub. Görülən tədbirlər nəticəsində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin edilib.
Hazırda AAYDA-nın yol istismar idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərməyə davam edir. Yol şəraitindən asılı olaraq qar təmizləmə və buzlaşmaya qarşı tədbirlər operativ şəkildə davam etdirilir.
Qurum sürücülərə hava şəraitini nəzərə almağı, qış mövsümünə uyğun təkərlərdən istifadə etməyi, sürət həddinə riayət etməyi, çətin relyefli ərazilərdə hərəkətdə olarkən diqqətli olmalarını tövsiyə edir.
Oxşar xəbərlər
Xocavənd sakini: "Qan təzyiqim vardı, bura köçəndən yoxa çıxıb"
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köçən Yavər Qurbanov yeni yaşayış şəraiti ilə bağlı təəssüratlarını Baku TV ilə bölüşüb. Onun sözlərinə görə, bölgən...