AAYDA: Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur.
BAKU.WS bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Məlumata görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 7 mindən artıq sakinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunda tikinti işləri davam edir. Yolun 2,3 km hissədə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə torpaq işləri və yol əsasının tikintisi aparılır.
Həmçinin 9 nöqtədə suötürücü borular quraşdırılır.
Layihənin tamamlanması ilə sakinlərin gediş-gəlişi rahatlaşacaq, nəqliyyat əlaqələri və hərəkət təhlükəsizliyi yaxşılaşacaq.
Oxşar xəbərlər
Bu şəxslərin evləri təmir ediləcək – Altı rayon və şəhərdə...
Mingəçevir, Yevlax, Bərdə, Füzuli, Hacıqabul və Ağcabədi rayonlarında keçmiş məcburi köçkünlər üçün salınmış yaşayış məntəqələrində ev və mənzillərin təmiri nəz...