Yeni peşə liseyləri TİKİLƏCƏK - Bu üç rayonda...

Yeni peşə liseyləri TİKİLƏCƏK - Bu üç rayonda...
Sosial 19

Masallı, Saatlı və Qusarda peşə təhsili infrastrukturunun genişləndirilməsi istiqamətində yeni layihə hazırlanır.

BAKU.WS-in əldə etdiyi məlumata görə, layihəni Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi həyata keçirəcək.

Layihə çərçivəsində hər üç şəhərdə peşə liseyinin tikintisi üçün zəruri layihə-smeta sənədləri hazırlanacaq. Bu sənədlər gələcək tikinti işlərinin texniki həllərinin müəyyənləşdirilməsi, obyektlərin layihələndirilməsi və tikinti xərclərinin hesablanması baxımından mühüm əhəmiyyət daşıyır.

Yeni təhsil müəssisələrinin yaradılması regionlarda peşə təhsili imkanlarının genişləndirilməsinə, gənclərin əmək bazarının tələblərinə uyğun ixtisaslara yiyələnməsinə və yerli müəssisələrin ixtisaslı kadrlara olan tələbatının ödənilməsinə şərait yaradacaq. Eyni zamanda, peşə təhsili infrastrukturunun inkişafı gənclərin yaşadıqları bölgələrdə təhsil alaraq gələcəkdə məşğulluq imkanlarını artırmasına töhfə verəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər