Yüksək bal toplayıb universitetə daxil ola bilməyənlərin sayı açıqlandı

Yüksək bal toplayıb universitetə daxil ola bilməyənlərin sayı açıqlandı
Sosial 346

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəbul imtahanları zamanı yüksək bal toplayıb universitetə daxil olmayan abituriyentlərin sayını açıqlayıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, M.Abbaszadə deyib ki, l ixtisas qrupu üzrə 4 nəfər 400 baldan yuxarı nəticə göstərsə də, ali məktəbə qəbul ola bilməyib:

"ll ixtisas qrupu üzrə 200 baldan yuxarı bal toplayan bir nəfər belə kənarda qalmayıb. lll ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və ali təhsil müəssisəsinə daxil olmayan cəmi bir nəfərdir. Onun ali məktəbə qəbul ola bilməməyinin səbəbi budur ki, abituriyent yalnız bir ödənişsiz ixtisas yazır. lV ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və universitetə daxil olmayan abituriyentlərin sayı isə səkkiz nəfərdir. Həmin şəxslər də ikinci mərhələdə iştirak edə bilərlər".

Son xəbərlər