SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərişıq" ASC-nin Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) struktur tərkibinə daxil olan elektrik şəbəkələrinin xidməti ərazilərində abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün bölgələrdə təmir-bərpa və yenidənqurma işləri davam etdirilir.

ASC-dən BAKU.WS-ə bildirilib ki, cari ilin 8 ayı ərzində Şimal-Qərb RETSİ-nin struktur tərkibinə daxil olan rayonun elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə yeni 3 ədəd 35/10 kilovoltluq yarımstansiya tikilir, 35/10 kilovoltluq "Meysəri" yarımstansiyası isə yenidən tikilməkdədir. Həmçinin bir ədəd 110/6 kilovoltluq, 10 ədəd 35/10 kilovoltluq yarımstansiyalar RETSİ-nin daxili imkanlar hesabına yenidən qurulub. 110/35/10 kilovoltluq "Şıxlar" və 35/10 kilovoltluq "Çuxuryurd" yarımstansiyasında işlər davam etdirilir. Bu istiqamətdə 110/6 kilovoltluq "İpək Kombinatı" və 110/10 kilovoltluq "Qubaxəlilli" yarımstansiyalarında aparılan yenidənqurma işləri tamamlanmaq üzrədir. 110 kilovoltluq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində 9 ədəd qəzalı dayaq bərpa edilib, 161 ədəd dayaq quraşdırılıb və 9 kilometr məsafədə yeni 35 kilovoltluq hava xətti çəkilib. 6-10 kilovoltluq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində ümumilikdə 101,7 kilometr məsafədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Aparılan təmir işləri zamanı 1166 ədəd 10 kilovoltluq dayaq quraşdırılıb, 67.5 kilometr naqil çəkilib.

Yaşayış məntəqələrində aparılan yenidənqurma işləri çərçivəsində 6-10-0.4 kilovoltluq şəbəkə ÖİN-lə tam şəkildə təchiz edilib, bir sıra kəndlərdə yenidənqurma işləri aparılıb. 0.4 kilovoltluq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində ümumilikdə Şimal-Qərb RETSİ-də 2163 ədəd dayaq quraşdırılıb, 84.1 kilometr ÖİN tipli kabel xətti çəkilib, 115.8 kilometr məsafədə təmir-bərpa işləri aparılıb, 191.9 kilometr məsafədə xəttin mühafizə zonası yaşıl kütlədən təmizlənib. 6-10/0.4 kilovoltluq komplekt transformator məntəqələri (KTM) üzrə görülən işlər çərçivəsində ümumilikdə Şimal-Qərb RETSİ-də 6 ədəd yeni KTM quraşdırılıb, 201 ədədi əsaslı təmir edilib, standart qoruyucu və ayırıcılar quraşdırılıb və tam olaraq rənglənib, bunlardan 190 ədədinin ətrafı çəpərlənib və əlavə olaraq 201 ədədi cari təmir edilib.

Qeyd edək ki, həyata keçirilən layihələr və yenidənqurma işləri şəbəkələrin iqtisadi göstəricilərinə də müsbət təsir göstərib, 8 faiz itirilmiş enerji bərpa olunub.

BAKU.WS
QALEREYA