SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

30 yaşlı gənc dostumuz Elnur Əliyevin köməyinizə ehtiyacı var.
 
BAKU.WS məlumat verir ki, Elnur Əliyev 2016-cı ilin yanvar ayında ağır onkoloji xəstəliyə tutulduğunu öyrənib. Həkimlərin tövsiyyəsi ilə dərhal Türkiyəyə Acıbadəm Kozyatağı xəstəxanasına aparılan Elnur, orada iki ay müalicə alıb və kritik vəziyyətdən çıxıb. Həkimlər bildirib ki, xəstəliyin sağalmasında müsbət nəticələr əldə ediblər. Lakin maddi imkanı yetərsiz olduğu üçün Elnur 3-cü dəfə kimyaterapiyanı türkiyədə davam etdirə bilmədiyi üçün Bakıya qayıdıb. 

Bakıya qayıdan Elnur müalicəni burada davam etdirib. Müalicə isə əks təsir göstərib. Elnurun səhhəti yenidən pisləşib və qarın boşluğunda olan kütlə aqressiv şəkildə böyüməyə başlayıb.

Elnurun Türkiyənin Acıbadəm xəstəxanasında müalicə alaraq sağalma şansının yüksək olmasına baxmayaraq maddi sıxıntılar buna imkan vermir. Kimyaterapiyaların davamı və kök hüceyrə nəqli olunması üçün təxmini 100.000 $ pul tələb olunur.

Bu məbləğin toplanmasına ailənin gücü çatmır, ancaq əminəm ki, biz sizlərlə birlikdə bunu bacararıq. Bu səbəbdən bütün mərhəmətli insanları Elnura kömək etməyə çağırırıq.

Sizlər bir gəncin sağalaraq öz ailəsinə və balaca körpəsinə dönməsinə səbəb ola bilərsiniz, itirdiyimiz hər gün Elnurun şansını daha da azaldır. Sizlərdən gələn hər 1 manat onu normal sağlığına qovuşdurmağa vəsilə ola bilər.

Milliön və E-Manat terminallarından ödəniş etmək üçün Bank xidmətlərinə daxil olub Bank respublika düyməsini seçdikdən sonra aşağıdakı məlumatları daxil edin: Hesab nömrəsi: 380194400213076601
AZE: 14801363

Card to Card üsulu ilə ödəniş üçün aşağıdakı məlumatları daxil edin:
AZN: 5335 9935 6259 7447
USD: 4244 5115 0204 4831

Bank rekvizitləri: 
AZN
Bank Respublika ASC MXD
Kod: 505668 VÖEN: 9900001901
M/H: AZ80NABZ01350100000000014944
SWIFT: BRESAZ22

Əlaqə nömrəsi: +994 50 8881280 (Elnurun qardaşı - Pərviz)
 
BAKU.WS