SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tanınmış azərbaycanlı müğənni, "O Ses Türkiye” musiqi yarışmasının qalibi Elnur Hüseynov Türkiyədə özünə ev alıb.

BAKU.WS məlumat verir ki, bu barədə azvision.az-a türk şairə Ayşe Birgül Yılmaz məlumat verib. Şairə, Elnur Hüseynovun Türkiyədə ev aldığını və Bakıdan birdəfəlik köçdüyünü bildirib:

"Bir müddət əvvəl Elnurla mesajlaşdıq. O, mənə zəng edəcəyini söylədi. Biz onunla şəhərin eyni istiqamətində yaşayırıq. O, əvvəlcə mənə dedi ki, "Avropa Music" şirkəti ilə çalışacaq, yeni albom hazırlayacaq. Sonra bildirdi ki, bütün mahnıları özü hazırlayacaq. Elnurdan baş açmaq olmur. O, evə qapanıb, öz üzərində işləmək istəmir. Elnur hazırda yeni evində yaşayır. Bizimlə də əlaqə saxlamır”.
 
BAKU.WS