SİZİN REKLAM BURADA!
055 213 76 73



Bü gündən etibarən hərbçilər BakuBus-a məxsus avtobuslardan pulsuz istifadə edəcəklər.

Bu barədə BAKU.WS-ə qurumun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, "Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edə bilərlər. 

«BakuBus olaraq bu hüququnuzu tanımayan sürücülərlə bağlı *4242 Çağrı Mərkəzimizə məlumat verməyinizi xahiş edirik», - deyə məlumatda bildirilir.

BAKU.WS