SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycana buraxılmayan tanınmış rus bloger Erik Davidoviç ətrafında söz-söhbətlər yenicə səngiyib.  
 
BAKU.WS-in məlumatına görə, erməni tərəfi vəziyyətdən istifadə edərək blogerin Facebook səhifəsində mübahisə yaradıb. Bundan sonra Erik Azərbaycan və erməni tərəflərini sülhə çağırıb və statusun altında milli mübahisələri aparmamağı xahiş edib:
 
"Sizdən xahiş edirəm söyüş söyməyin. Ermənilər və azərbaycanlıların bir-birini belə söyməsi mənə heç xoş deyil. Bizim hamımız insanıq. Mənə sadəcə camaat zəng vurdu! Hamı mənə kömək etməyə çalışırdı! Mənə çox xoş idi, amma bir məsələni başa düşmədim. Bizə Bakıda uçan aparat, dron verəcəklərini dedilər. Mən başa düşə bilmirəm, sizin dronunuz mənimkindən nə ilə fərqlənir? Mən anlayıram ki, biz sadəcə çox gözəl material çəkə bilərdik və bütün dünya bunu görərdi. Nəticədə buna görə insanlar Bakıya gedərdi. Qanunları dahilər yazmır. Biz Tiflisə qayıtdıq və burada çox gözəl vaxt keçiririk. Sabaha növbəti variantlar var! Mən düşünmürəm ki, biz bu məsələni həll edəcəyik. Deməli belə olmalıymış. Hər halda bütün qardaşlara salam. Kömək etməyə çalışanlara təşəkkür edirəm! Bu dəfə hörmət və ehtiramlara baxmayaraq biz Ermənistana getməyəcəyik! Bu, bir az fahişəlik olar. Axı mən kişiyəm!"

Erikin bu addımı təqdirəlayiqdir. Onu səbirsizliklə Bakıda gözləyirik.

ŞAHİN Həbibov
BAKU.WS