SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Cəbhə xəttindəki rayonlarda həyat normal şəkildə davam edir. 

BAKU.WS məlumat verir ki, bunu Ağdam və Tərtər rayonlarının icra başçıları "Qafqazinfo”ya açıqlamasında deyiblər.

Ağdamın İcra başçısı Raqub Məmmədov bildirib ki, dünən müəyyən mülki obyektlərə zərər dəysə də, bu gün rayonda tam sakitlik hökm sürür: "Bildiyimiz kimi, dünən Ağdamda bir ev, məktəb binası dağılmışdı. İnsan tələfatı yoxdur. Bu gün isə sakitlikdir, şəhərdə hər hansı bir gərginlik yoxdur. Qadınlar və uşaqlar da öz evlərindədir. Demək olar ki, əhali tam öz yerindədir”.

Tərtərin icra başçısı Müstəqim Məmmədov də hazırda rayon ərazisində sakitlik olduğunu, hər hansi bir panikanın yaranmaması gərəkdiyini söyləyib: "Rayonda həyat normal şəkildə davam edir, Tərtərdə artıq sakitlikdi. Axşamdan bir-iki cəbhə xəttində problem var idi, ancaq tez aradan qaldırıldı. Əhali adi həyatına davam edir, müəssisələr işləyir. Yayılmış panikalara uymaq lazım deyil. Qadınlarla uşaqlar da rayondadır, məktəb, dövlət və qeyri-dövlət müəssisələri hazırda normal şəkildə fəaliyyət göstərir”.

Füzuli rayonunun icra başçısı Alı Alıyev isə şəhid dəfnində olduğundan onunla əlaqə saxlamaq mümkün olmayıb.
 
BAKU.WS