VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onlar yaşadığı kənddən kənara çıxmadan Azərbaycan mətbəxini dünyaya tanıdırlar. Söhbət Qusarın Hil kəndində yaşayan Əzizə xala və oğlu Əmiraslandan gedir.

BAKU.WS Baku.Tv-yə istinadən xəbər verir ki, Qusarın Hil kənd sakinləri olan Rəmixanovlar ailəsinin hazırladığı ləziz təamlar bir neçə gün ərzində nəinki Azərbaycanda, dünyanın müxtəlif ölkələrində də böyük maraqla izlənir.

Ana və oğul kənddən bir neçə kilometr aralıda kiçik bir otaq tikərək burada hazırladıqları müxtəlif yeməkləri videoya çəkərək sosial şəbəkələrdə paylaşırlar. Bu paylaşımlar isə böyük kütlə tərəfindən maraqla qarşılanır.

Hətta facebookda 26 milyon izləyicisi olan dünyaca məşhur “Taste Life” adlı mətbəx səhifəsində onların hazırladığı Azərbaycan və ləzgi mətbəxinə aid olan yeməklər paylaşılıb və milyonlarla insan tərəfindən izlənilib, bəyənilib.

Peşəsi aşpaz olan Əmiraslan deyir ki, karantin dövründə çalışdığı restoranda işlər dayandırıldığından o həm bacarığını, həm də Azərbaycan mətbəxini sosial şəbəkələrdə nümayiş etdirmək qərarına gəlib. Bu işi isə elə eyni peşəyə sahib olan anası Əzizə xala ilə birlikdə gerçəkləşdirib.

Əzizə xala deyir ki, onların hazırladığı yeməklər həm fərqli, həm də daha dadlı olur.

Milyonlarla insan tərəfindən izlənilən və bəyənilən videoların çəkilişi ilə yanaşı onun hazırlanmasını da Əmiraslan elə özü edir. Onlar həftədə iki dəfə belə video hazırlayırlar.

BAKU.WS
VİDEO