Türkiyədən gələn həkimlər Tovuzun Ağdam kəndində qurban kəsdilər - FOTO

Türkiyədən gələn həkimlər Tovuzun Ağdam kəndində qurban kəsdilər - FOTO
Foto
Sosial 399

Türkiyənin Milliyətçi Həkimlər Dərnəyinin nümayəndələri ölkəmizdədir.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən qardaş ölkənin tibb işçiləri hər il olduğu kimi bu il də öz qurbanlarını Qarabağ bölgəsində kəsib, şəhid ailələri və hərbçilərimizlə bayramlaşıblar.

Dərnəyin 260 tibb işçisinin qurbanları Tərtər, Ağdam, Beyləqan, Ağcabədi, Bərdə Ağstafa, Qazaxda kəsilib.

Sağlamlıq keşikçiləri bu dəfə erməni təxribatından zərər çəkən Tovuz rayonunun Ağdam kəndində də qurbanlar kəsiblər, şəhid ailələri və hərbçilərimizin bayramını təbrik ediblər.

Son xəbərlər