Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məscidlərə kamera yerləşdirəcək. 

BAKU.WS xəbər verir ki, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində 31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə söyləyib.

QMİ sədri deyib ki, din xadimləri dövlətə dəstək olmalıdırlar. 

"Düzdür, din dövlətdən ayrıdır, ancaq din xadimləri həqiqətləri xalqımıza çatdırmalıdır. Biz bu dövləti qorumağa çalışmalıyıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi yerlərdə din xadimlərinin təkliflərini nəzərə alıb, birgə moizələr hazırlayacağıq. Din xadimlərimiz yerlərdə bu moizələri oxumalıdır”, - Paşazadə əlavə edib.

Həmçinin QMİ sədri deyib ki, axundların moizələrini izləmək üçün məscidlərə kameralar quraşdıralacaq. "Mən özüm də qrup yaradacam, axundların moizələrini izləyəcəyəm. Axundun hansı moizələr oxumasından xəbərim olmalıdır”, - sədr əlavə edib.

BAKU.WS