AZAL Dubaydan çarter reysi yerinə yetirib - FOTO

İyulun 8-də Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Dubaydan çarter reysi yerinə yetirərək 186 həmyerlimizi vətənə çatdırmışdır.
"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılmışdır. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.
Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan vətəndaşlarımızın ölkəyə qayıtması üçün bütün zəruri tədbirləri görür - FOTO
Azərbaycan dövləti xarici ölkələrdə olan vətəndaşlarının Vətənə qayıtmasını təmin etmək üçün bütün zəruri işləri görməkdə davam edir. BAKU.WS xəbər verir ki, xa...