SİZİN REKLAM BURADA!
055 213 76 73


Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən həbs edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə şəhər Dövlət Sosial Müdafiəsi Fondunun əməkdakdaşları kimlərdir?

BAKU.WS-in əldə etdiyi məlumata əsasən, həbs olunan şəxslərdən DSMF-nin Kəpəz rayon şöbəsinin müdir müavini Bəyəli Xəlilov uzun müddət bu sektorda çalışıb.

Əvvəllər DSMF-nin Nizami rayon Şöbəsində sektor müdiri və müdir müavini vəzifəsində işləyib. Daha sonra bu vəzifəni Kəpəz rayonunda icra edib.

Elçin Ələkbərov isə bir müddət Kəpəz rayon DSMF-də sektor müdiri işləsə də, sonradan Nizami rayonunda adi məsləhətçi kimi işə başlayıb. Bir müddət sonra isə tamamilə bu sahədən uzaqlaşdırılıb və işsiz olub.

Həbs olunanlardan Arif Qənbərov Kəpəz rayon DSMF-nin direktoru olub.

Ardından Nizami rayon Məşğulluq Mərkəzinin direktoru təyin edilib. Bu vəzifəni onun barəsində cinayət işi açılmayan müddətə qədər icra edib.

Vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Nizami Əhmədov isə DSMF-nin Kəpəz rayon Şöbəsinin müdiri vəzifəsindən öncə (2000-ci illərin əvvəllərində) qısa zaman millət vəkili olub. Daha sonra DSMF-nin Nizami, ardından isə Kəpəz rayon Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Nizami Əhmədovla birlikdə eyni maddə ilə təqsirləndirilən Səmayə Eminova da Kəpəz rayon DSMF-də çalışıb.

Məlumat üçün bildirək ki, Baş Prokurorluq və Əmək və Əhalinin Sosila Müdafiəsi Nazirliyi bu şəxslər və digərləri - Şahin Məmmədov, Əbülfəz İbrahimov da daxil olmaqla cinayət əməlləri barəsində məlumat yayıb və adı çəkilən şəxslərin bir qismi həbs edilib.

BAKU.WS