SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkələrdə dahi bəstəkar Asəf Zeynallının məzarının baxımsız vəziyyətdə olduğunu əks etdirən foto yayılıb.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Fotonu dirijor Mustafa Mehmandarov “Facebook” səhifəsində paylaşıb.

“Heç inanmazdım ki, 23 yaşında dünyasını dəyişən, yaşayıb-yaratdığı o qısa zamanda milli musiqi tariximizə bir neçə gözəl və təkrarolunmaz əsərlər bəxş edib, bir neçə ilkə imza atan görkəmli bəstəkarımız Asəf Zeynallının qəbri bu halda, bu vəziyyətdə olsun.

Hələ bu azmış kimi, Musiqi Kollecindən də adını ləğv ediblər. Söz tapmaq olmur. Hamımızın günahı var! Nə yad etmişik, nə də ki, diqqət”.

Onun paylaşımından sonra bu məsələ kütləvi etirazlara səbəb olub. Bir çox insan dahi bəstəkarımızın məzarının baxımsız olmasına etirazlarını bildiriblər.

Qeyd edək ki, A. Zeynallı 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə, ağır xəstəlikdən vəfat edib. Əvvəlcə "Çəmbərəkənd"də dəfn olunan bəstəkarın məzarının yeri sonradan orada park salındığı üçün dəyişdirilib. Belə ki, onun nəşi beynəlmiləl sayılan qəbiristanlığa – “Qurd qapısı”na köçürülüb.

Xatırladaq ki, A. Zeynallı bir neçə Azərbaycan xalq mahnısını nota alıb. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Ölkəm” romansı bəstəkarın ən məşhur əsəri hesab olunur.

BAKU.WS