Ünvanlı sosial yardımın verilmə müddəti 1 ilə endirilir
 
                            
                            
                                31
                                may
                            
                                2020
                                20:55
                            
                            Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti 2 ildən 1 ilə azaldılır.
BAKU.WS-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, qanunun 8.1-ci maddəsində "2 il" sözləri "1 il" sözləri ilə əvəz edilir.
Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Ünvanlı sosial yardım almaq istəyənləri sevindirəcək DƏYİŞİKLİKLƏR – Yeniliklər açıqlandı
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin mayın 12-də keçirilən iclasında “Ünvanlı Dövlət Sosial Yardımı” Haqqında Qanuna ediləcək dəyişikliklər müzakir...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    