Tarif Şurasından metroda gediş haqqının artırılacağı xəbərlərinə - RƏSMİ AÇIQLAMA

Tarif Şurasından metroda gediş haqqının artırılacağı xəbərlərinə - RƏSMİ AÇIQLAMA
Sosial 4228

Son günlər Bakı metrosunda gediş haqqının qalxması ilə bağlı müxtəlif fikirlər səslənir.

BAKU.WS xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov da açıqlama verib. Qurum rəsmisi bildirib ki, metropolitendə qiymət dəyişikliyi birbaşa olaraq Tarif Şurasının səlahiyyətində olan məsələdir.

Məsələ ilə bağlı Tarif Şurası ilə əlaqə saxladıq.

Qurumdan BAKU.WS-in sualına cavab olaraq bildirildi ki, hazırda Bakı metrosunda gediş haqqının qaldırılması ilə bağlı müzakirə aparılmır.

“Bakı metrosunda gediş haqqının dəyişdirilməsi məsələsi hazırda müzakirə olunmur. Bu barədə Bakı metrosunun rəhbərliyindən Tarif Şurasına müraciət daxil olmayıb”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov jurnalistlərə açıqlamasında sərnişinin daşınma xərcinin 48-56 qəpik arasında dəyişə biləcəyini bildirmişdi. Sədrin sözlərinə görə, hazırda bu rəqəm 52 qəpiyə yaxındır.

Xatırladaq ki, Bakı metrosunda gediş haqqı 30 qəpikdir.

Oxşar xəbərlər

Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU

Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU

Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki,...

5574 Sosial 15:54 12 dekabr 2018

Son xəbərlər