SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
WizzAir Macarıstan-Polşa aviaşirkəti Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə aviauçuşlar martın 27-dən başlayacaq.

BAKU.WS-in məlumatına görə, WizzAir Macarıstan-Polşa aviaşirkəti Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə aviauçuşlardan Azərbaycanda ildə 2,5-3 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Reyslər həftədə iki dəfə, çərşənbə və bazar günləri olmaqla həyata keçiriləcək. Biletin qiyməti 49,99 avrodan başlayacaq. Aviaşirkətin baş direktoru C.Varadinin sözlərinə görə, Budapeşt də Azərbaycan sakinləri üçün Avropaya "sərfəli” qapı ola bilər.
 
"Bakıdan Budapeştə biletin qiyməti 100 manatdan azdır, Budapeştdən Londona da biletin qiyməti 100 manatdan aşağıdır. Beləliklə Bakıdan Londana uçuş 200 manatdan az qiymətə başa gələcək”.
 
BAKU.WS