Bütün valideynlərə peyvəndləmə ilə bağlı RƏSMİ MÜRACİƏT

Bütün valideynlərə peyvəndləmə ilə bağlı RƏSMİ MÜRACİƏT
Sosial 2066

Erkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur.

BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB məlumat verib.

Bildirilir ki, valideynlər bu peyvəndlərdən imtina etməməlidirlər.

“Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immun sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı müvafiq əmrə əsasən, aprelin 20-26-da respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər